Trampdan müsəlmanlarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: 20 illik ənənəyə SON QOYDU
Bizi izləyin

Dünya

Trampdan müsəlmanlarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: 20 illik ənənəyə SON QOYDU

ABŞ prezidenti Donald Tramp Ramazan ayı boyunca heç bir iftar yeməyinə ev sahibliyi etməyib.

Publika.az xəbər verir ki, bununla da prezident 20 ildir ABŞ prezidentləri tərəfindən təşkil edilən iftar yeməyi ənənəsinə son qoyub.

Qeyd edək ki, bu ənənənin əsasını 1805-ci ildə prezident Tomas Ceferson qoyub. O, Ağ Evdə Tunisli səfiri qəbul etmək üçün ilk dəfə iftar mərasimi təşkil edib. Müəyyən dövrlərdə bu ənənəyə əməl edilməsə də, son 20 il idi ki, davamlı olaraq Ağ evdə iftar süfrəsi təşkil edilirdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm