Dünya ölkələrinin hərbi gücü: Ermənistan 95, Azərbaycan… - REYTİNQ
Bizi izləyin

Nida Xəbər

Dünya ölkələrinin hərbi gücü: Ermənistan 95, Azərbaycan… - REYTİNQ

“Global Firepower” beynəlxalq analitik mərkəzi dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqini dərc edib.

Publika.az xəbər verir ki, “Dünya ölkələrinin hərbi gücü - 2017” adlı siyahıda 132 ölkə yer alıb.

Siyahıda Azərbaycan 59-cu, Gürcüstan 80-ci, Ermənistan isə 95-ci yeri tutub.

İndeksə əsasən, ABŞ hərbi güc üzrə dünya ölkələri arasında lider mövqeyini saxlayıb. Reytinqdə Rusiya ikinci, Çin isə üçüncü yerdə qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya və Türkiyə daxil olub.

Qlobal hərbi güc indeksinin (Global Firepower Index) tərtib edilməsi zamanı hərbi xidmətə yararlı şəxslərin sayı, hərbi büdcə, hərbi hava və dəniz qüvvələrinin gücü nəzərə alınır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm