Lavrov hədələdi: “Moldova ərazisini itirəcək”
Bizi izləyin

Dünya

Lavrov hədələdi: “Moldova ərazisini itirəcək”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moldova və qondarma Dnestryanı bölgənin statusu ilə bağlı açıqlama verib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moldova və qondarma Dnestryanı bölgənin statusu ilə bağlı açıqlama verib.

Lavrov Dnestryanıya xüsusi statusun verilməsini, həmçinin Moldovanın neytrallığa əməl etməsini və heç bir bloka qoşulmamasını istəyib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri fikrini Moldovanın dövlət Konstitusiyasına istinad etməklə əsaslandırıb:

“Dnestryanı bölgə ilə bağlı fikirlərimizi aydın bildirmişik - biz Moldovanın torpaq bütünlüyünü müdafiə edirik, bir şərtlə ki, Konstitusiyada göstərildiyi kimi, rəsmi Kişinyov neytrallığını qoruyacaq, heç bir siyasi bloka qoşulmayacaq və Tiraspolla anlaşacaq".

Xatırladaq ki, Lavrovun bu cür bəyanatı səbəbsiz deyil. Belə ki, Moldova iyunun 27-də Avropa Birliyi ilə assosiasiya müqaviləsinə imza atmağa hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm