Bağdadinin real varislərindən biri öldürüldü
Bizi izləyin

Dünya

Bağdadinin real varislərindən biri öldürüldü

İŞİD terror qruplaşmasının başçısı Əbu-Bəkr əl-Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib. Bu məlumatı bazar ertəsi günü “Al-Arabiya” telekanalı yayıb.

Publika.az xəbər verir ki, əl-Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.

İŞİD başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, hələlik bu xəbərlərin heç biri təsdiqini tapmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm