İran əsgəri Türkiyə vətəndaşını güllələdi
Bizi izləyin

Dünya

İran əsgəri Türkiyə vətəndaşını güllələdi

Türkiyə-İran sərhədindən Hakkari vilayətinin Yüksəkova bölgəsi odlu silahlarla atəşə tutulub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılan atəş nəticəsində 24 yaşlı sakin Kamran Fırat həlak olub.

Kürək nahiyəsindən yaralanan Kamran bölgədəki kənd sakinləri tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin təcili müdaxilələrinə baxmayaraq, gənc dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm