Dünya
İspaniyadakı terror aktının əsas təşkilatçısı Ripol şəhərinin imamı olub
Kataloniyanın Ripol şəhərinin imamı mərakeşli Abdülbaki əs-Sati İspaniyada 17 avqustda törədilən terror aktının əsas təşkilatçısı olub.
Publika.az bildirir ki, bu barədə el Pais nəşri məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları ötən gün səhər saatlarında onun evinə baxış keçiriblər. Polis Abdülbaki əs-Satinin Alkanar şəhərindəki evlərdən birində baş vermiş partlayış nəticəsində öldüyünü istisna etmir. Xəbər verildiyi kimi, terrorçular həmin evdə qaz balonlarından istifadə etməklə kustar üsulla partlayıcı qurğular istehsal edirmişlər.
Nəşrin məlumatına görə, Ripol şəhərinin imamı Abdülbaki əs-Sati iyunun əvvəlində şəhərdəki mənzilini tərk edib. Məhz həmin dövrdə terrorçular Alkanardakı sahibsiz evlərdən birində məskunlaşıblar.
Qonşuların sözlərinə görə, Abdülbaki əs-Sati heç vaxt özünə diqqət çəkməyi xoşlamayıb və kiçik şəhərcikdəki 500 nəfərlik yerli müsəlman icmasına inteqrasiya edə bilməyib.
Məlumata görə, terrorçu qrupunun üzvlərinin əksəriyyəti – Driss və Musa Ukabir, Məhəmməd Xiçami və Yunus Əbuyaqub məhz Abdülbaki əs-Satinin imam olduğu Ripol şəhərinin sakinləri olub. Qrupun daha bir üzvü Səid Əlaa 10 km aralıda yerləşən Ribes de Fresner şəhərində yaşayıb.
Qeyd edək ki, İspaniyada avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130 nəfər yaralanıb.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO