ABŞ: “Rusiya bunun bədəlini ödəyəcək”
Bizi izləyin

Dünya

ABŞ: “Rusiya bunun bədəlini ödəyəcək”

Amerika Birləşmiş Ştatlarının vise-prezidenti Joe Biden (CoBayden) 28 may tarixində Ukraynada keçiriləcək prezident seçkisi ilə bağlı Rusiyaya sərt mesaj göndərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rumınya səfəri çərçivəsində Rumınya prezidenti Trayan Basesku ilə təşkil olunan mətbuat konfransında Ukrayna probleminə toxunub. Joe Biden: “Ukrayna hökumətini şərqi və cənubu da daxil olmaqla bütün bölgələrdə atdığı addıma görə təqdir edirik. Bazar günü burada olduğu kimi (Rumınya – red) Ukraynada da seçki günüdür. Və bu seçki ukraynalıların gələcəklərini seçməsi üçün bir şansdır”, deyə qeyd edib. Biden hamının azad bir şəkildə səs verməsinin vacib olduğunu bildirib və əlavə edib ki, əgər Rusiya Ukraynadakı seçkiyə hər hansı bir müdaxilə edərsə, bunun bədəlini ödəyəcək.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm