Dünya
Türkiyə üçün XAİN TƏLƏ: Onlar “Mehmetcik”lə döyüşə GÖNDƏRİLDİ
Türkiyə ordusunun Suriyanın İdlib vilayətinə müdaxilə hazırlığını görən Dəməşq əks addımlar atmaq qərarına gəlib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bəşər Əsədin Xamadan İdlibə göndərdiyi 800 İŞİD döyüşçüsü Türkiyə ordusuna qarşı mübarizə aparacaq.
İŞİD döyüşçüləri rejim ordusuna məxsus avtobuslarla Xama-Akerbat yolu ilə İdlibə gətirilib. Terrorçuların daşınması Suriya parlamentinin deputatı Əhməd Dərvişin vasitəçiliyi ilə həyata keçirilib.
Bundan başqa, Suriya rejiminin Livan sərhədində yerləşən Kalemen rayonundan Deyr-ez-Zora köçürdüyü bəzi İŞİD üzvləri də İdlibə göndəriləcək.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika dünən Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib. Hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır.
Dünən “Röyters” agentliyinə danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İdlibə əsgər göndəriləcəyini bildirib.
Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə “Əl-Qaidə” qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.
Suriyaya keçən hərbi texnika da məhz bu vəzifənin yerinə yetirilməsi üçün istifadə olunacaq.
Bu gün isə yerli vaxtla saat 15:00-da Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. Sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan müstəqillik referendumu ilə əlaqədar olaraq tarixi əvvələ çəkilən (sentyabrın 27-də keçirilməli idi - red.) toplantıda mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Toplantıda kürd muxtariyyətinə qarşı iqtisadi sanksiyalarla yanaşı, hərbi müdaxilə barədə də qərar qəbul oluna bilər.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu