Putin: “Bunu Amerika və Avropa dəstəklədi”
Bizi izləyin

Dünya

Putin: “Bunu Amerika və Avropa dəstəklədi”

Putin: “Bunu Amerika və Avropa dəstəklədi”

“Ukraynada dövlət çevrilişi Rusiyanın Amerika və Avropa partnyorları tərəfindən dəstəkləndi”.

Publika.az - ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxışında deyib.

V.Putin Ukraynada dövlət çevrilişi və vətəndaş müharibəsinin Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin prezident Viktor Yanukoviç tərəfindən imtinasından sonra baş verdiyini xatırladıb.

“Ukraynada böhran niyə yarandı? Ona görə yarandı ki, prezident Yanukoviç Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin imzalanmasını təxirə saldı. Daha sonra nə baş verdi? Dövlət çevrilişi. Bu bizim Amerika və avropalı partnyorlarımız tərəfindən dəstəkləndi. Daha sonra nə oldu? Biz indi xaos və tammiqyaslı vətəndaş müharibəsini görürük”, - prezident vurğulayıb.

Putin Krımın Rusiyaya birləşməsindən danışarkən qeyd edib ki, Moskva Krım vətəndaşlarının azad iradəsini təmin edib. O bildirib ki, əks halda, Odessada baş verənlər Krımda da təkrarlana bilərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm