Üç ay sonra iki dövlətin bölünməsi DƏQİQLƏŞİR - Gizli toplantının ŞİFRƏLƏRİ
Bizi izləyin

Dünya

Üç ay sonra iki dövlətin bölünməsi DƏQİQLƏŞİR - Gizli toplantının ŞİFRƏLƏRİ

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində keçirilən toplantının detalları dəqiqləşir.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, toplantıda İraqın parçalanması müzakirə edilib.

Referendum əvvəli reallaşan gizli toplantı İraqın gələcəyi üçün yeni və təhlükəli qərarların qəbul olunduğu sirli görüş xarakteri daşıyır. Toplantıda Kərkükün paytaxt elan edilməsi, Suriyanın şimalını işğalda saxlayan PKK ilə ortaq ordunun qurulması, sərhəd qapılarının ləğv edilməsi, ümumi pasportlardan istifadə edilməsi, bir sözlə “Kürdüstan” xəritəsinin daha da böyüdülməsinin vacib olduğu vurğulanıb.

Qərb və İsrailin verdiyi “yol xəritəsi”

Bütün təzyiq və xəbərdarlıqlara baxmayaraq referendum keçirməkdə israrlı olan Bərzaniyə İsrail və Qərb ölkələrinin dəstək verdiyi, müstəqil “Kürdüstan” üçün “yol xəritəsi” verdiyi deyilir. Son 20 gündə ABŞ, İngiltərə, Fransa və İsrailin yüksək vəzifəli rəsmiləri ilə bağlı qapılar arxasında görüşən Bərzani “Birləşmiş Kürdüstan” mövzusunda onlardan tam dəstək alıb.

Mosul vədi

Sentyabrın 22-də keçirilən gizli görüşdə Bərzaniyə Mosulun da “Kürdistan” birləşdiriləcəyi barədə vəd verilib. İraqın ABŞ tərəfindən işğalından sonra 2005-ci il İraq Konstitusiyası ilə ölkənin bölünməsini təmin edən və Bərzani üçün muxtariyyət statusu qazandıran Peter Qalbrayt görüşdə ABŞ-ı təmsil edib. ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Halilzad və Fransanın keçmiş xarici işləri naziri Bernard Küşerin də qatıldığı toplantıda Bərzaniyə son təlimatlar verilib. Məlumata görə, 2018-ci ilin yanvar ayından etibarən Suriya və İraqın şimalında müstəqillik prosesinə dair təqvim Bərzaniyə çatdırılıb.

PKK ilə birgə ordu

Referendumla yanaşı, Suriyanın şimalındakı torpaqlar da toplantıda müzakirə edilib. Plana görə, 2018-ci ilin yanvar ayında Suriyanın şimalında PKK-nın nəzarətində olan bölgələrdə müstəqillik üçün səsvermə keçiriləcək. Eyni təqvimə əsasən, 2018-ci ilin ortalarında birgə ordu qurularaq vahid “Kürdüstan” layihəsinin Suriya və İraq hissəsi tamamlanmış olacaq. Toplantıda Suriyanın Haseke, Der-əz-Zor və Rakka, İraqın isə Kərkük və Mosul bölgələrində olan zəngin neft və təbii qaz yataqlarının müstəqil “Kürdüstan”ın gələcəyi üçün əhəmiyyət daşıdığı vurğulanıb. Suriya və İraqda ən az neft gəlirinin ən azı 65-nin pirat dövlətə veriləcəyi barədə vəd verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm