“Əsəd getsə, iqtidara terrorçular gələcək”
Bizi izləyin

Dünya

“Əsəd getsə, iqtidara terrorçular gələcək”

Rusiya Ali Baş Qərargah rəisi Valeri Gerasimov Suriyaya hərbi müdaxilənin ola biləcəyini deyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Gerasimov Moskvada təşkil olunan təhlükəsizlik konfransında “heç kim Suriya lideri Bəşər Əsədə qarşı Qərb tərəfindən hərbi müdaxilə olmayacağını deyə bilməz. Müdaxilə üçün mülki xalqı qorumaq, ya da xarici vətəndaşların təhlükəsizliyini təmin etmək kimi bəhanələr ola bilər” deyib.

Gerasimov Əsəd rejiminin dağılacağı təqdirdə Suriyanın aqibətinin necə olacağı sualına da cavab verib:“Çox güman ki, bu gün parçalanmış radikal-islam terror təşkilatları iqtidara gələcək. Və o zaman Suriya xalqının vəziyyətinə heç kim zəmanət verməyəcək”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm