Azərbaycan bu silaha sahib olan üçüncü ölkə olacaq
Bizi izləyin

Dünya

Azərbaycan bu silaha sahib olan üçüncü ölkə olacaq

Azərbaycan bu silaha sahib olan üçüncü ölkə olacaq – Hərbi saziş

Azərbaycanın Müdafiə Nazirliyi Rusiya istehsalı olan “Bal-E” sahil raket kompleksinın alınması imkanları ilə maraqlanır.

Publika.az - ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Taktiki raket silahı” korporasiyasının baş direktoru Boris Obnosov bildirib.

Lakin o, konkret razılığın əldə olunmadığını ifadə edib.

Qəzetin məlumatına görə, Azərbaycan Mudafiə Nazirliyi artıq Rusiyanın hərbi-texniki əməkdaşlığı üzrə Federal xidmətə sahil raket kompleksləri üçün sifariş verib. Söhbət indiki halda yalnız “Bal-E”nin bir divizionundan gedir. “Rusiya istehsalı olan raket komplekslərinin köməyi ilə Azərbaycan Xəzərin sahilboyu müdafiəsini möhkəmləndirmək niyyətindədir”, – Rusiya nəşri yazıb.

“Kommersant”ın Kremlə yaxın mənbəyinin sözlərinə görə, “Bal-E” sahil raket kompleksinın Azərbaycana satılması barədə ilkin danışıqlar artıq baş tutub. Deyilənə görə, hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyası Azərbaycana “Bal-E” kompleksinin satışı barədə müsbət qərar verib. Mənbə bildirib ki, Moskva potensial sazişə Ermənistannın mənfi reaksiyasını gözləmir. Məsələ ondadır ki, “Bal-E”dən Xəzər dənizində istifadə olunacaq və Ermənistanın Xəzər dənizinə çıxış yoxdur.

“Bal-E” sahil raket kompleksinın satışı ilə bağlı Azərbaycan-Rusiya müqaviləsi imzalanarsa, Azərbaycan dünyada bu silahı silahlanmaya daxil edən üçüncü ölkə olacaq. Hazırda “Bal-E” kompleksləri Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması və Vyetnam donanmasına daxildir. “Bal-E” kompleksinin Liviyaya satılması nəzərdə tutulsa da, 2011-ci ildə bu ölkədə başlayan vətəndaş müharibəsi və hələ də normallaşmayan vəziyyətə raket kompleksinin satışının qadağan edilməsi ilə nəticələnib.

Qeyd edək ki, kompleks hər cür hava şəraitində 120 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir. Rusiyanın ən son model “quru-səth” raket komplekslərindən olan “BAL-E” 2008-ci ildə silahlanmaya qəbul edilib. X-35 tipli gəmi əleyhinə raketləri ilə silahlandırılmış kompleks ərazi sularının, hərbi dəniz bazalarının, digər sahil obyektlərinin və sahil infrastrukturunun müdafiəsi üçün nəzərdə tutulur.

“Kommersant” yazır ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya silah və texnikanın alınması üçün aktivlik nümayiş etdirir. “Azərbaycan 2010-20120-ci illərdə Rusiya ilə dörd milyard dollarlıq hərbi müqavilə imzaladı. Söhbət “ S-300PMU-2” və “Top-M2E” zenit raket kompleksləri, 70 ədəd vertolyot, yüzdən çox “T-90S” tankı, həmçinin “Smerç” reaktiv yaylım atəş sistemlərindən gedir”, – qəzet qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm