Əsədin hakimiyyətdə qalması üçün 9 maddəlik PLAN - VİDEO
Bizi izləyin

Dünya

Əsədin hakimiyyətdə qalması üçün 9 maddəlik PLAN - VİDEO

Rusiya prezidenti Vladimir Putin İran və Türkiyə prezidentləri – Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanla görüş öncəsi Suriya lideri Bəşər Əsədə 9 maddəlik plan təqdim edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Əsəd postunda qalmasının qarşılığında seçki sistemi, konstitusiya dəyişikliyi və geniş əfvin də yer aldığı planı yerinə yetirməlidir.

Suriya prezidentinin bütün maddələri qəbul etdiyi bildirilir.

Ankara, Moskva və Tehranın nazirlər və hərbi səlahiyyətlilərin iştirakı ilə keçirilən görüşlərdə Suriyanın 7 illik siyasi yol xəritəsinin dəqiqləşdirilməsi üçün 19 məsələdə razılığa gəldiyi bildirilir. Yol xəritəsi 2018-ci il yanvarın 15-nə kimi formalaşdırılacaq. Razılaşdırılmayan iki məsələni isə üç ölkə lideri bu gün Soçidəki görüşdə müzakirə edəcəklər.

Sözügedən məsələlər PYD-nin statusu və normallaşma prosesində ABŞ bazalarının taleyidir. Türkiyə və İran normallaşma prosesi ilə ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsini istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm