Meksika dəhşət içində: "Şəhərcikdə yaşayanların olduğunu bilmirdik" - VİDEO
Bizi izləyin

Dünya

Meksika dəhşət içində: "Şəhərcikdə yaşayanların olduğunu bilmirdik" - VİDEO

Meksikada insanları dəhşətə gətirən hadisə baş verib.

Publika.az xəbər verir ki, ölkənin qərb istiqamətində yerləşən Monterey əyalətində yaşayış evləri çöküb.

Bir neçə həftə öncə salınan şəhərcik tipli yaşayış məntəqələrinin hansı səbəbdən çökdüyü araşdırılır. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə itkin düşüb.

Ən az 3 yaşayış evinin çökdüyü bildirilir. Şəhər rəhbərliyi insan ölümlərinə görə təəssüfləndiyini qeyd edib:

“Belə bir hadisənin hansı səbəbdən baş verdiyini araşdırırıq. Lakin yenicə salınan şəhərcikdə sakinlərin yaşadığını bilmirdik. İlkin məlumatlara görə 3 ev torpağa qarışıb. Ərazidə təhlükəsizlik tədbirləri artırılıb”.

İtkin düşən sakinlərin axtarışları davam etdirilir.

Evi çökən sakinlərdən biri həmin anı lentə alaraq, "Baxın, bu da mənim evimdir" - deyib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm