Şimali və Cənubi Koreya sərhədində "səngər" davası - FOTO
Bizi izləyin

Dünya

Şimali və Cənubi Koreya sərhədində "səngər" davası - FOTO

Şimali Koreya və Cənubi Koreya əsgərləri yenidən sərhəddə silahlı qarşıdurma yaradıblar.

Publika.az xəbər verir ki, cənuba keçmək istəyərkən silahdaşları tərəfindən vurulan Şimali Koreya əsgərinin görüntülərinin ardından mətbuatda əsgərlərin sərhəd xəttində "səngər" qazdığı görüntülər vəziyyəti daha da gərginləşdirib.

Atəşkəsin pozulduğu yerdə səngər qazan Şimali Koreya əsgərlərinin qarşı tərəfə atəş açmasını BMT-nin Cənubi Koreyadakı sözçüsü, amerikalı polkovnik Chad G. Carroll sülh sazişinin pozulması kimi dəyərləndirib:

"Şimali Koreya bu addımı ilə 1950-1953 illərdə Koreya Müharibəsini bitirən atəşkəs razılaşmasını pozdu".

Vaşinqton rəhbərliyi, "terrora dəstək verən dövlətlər" siyahısına əlavə etdiyi Şimali Koreyanı iqtisadi cəhətdən zəiflətmək üçün sanksiyalarını genişləndirməyi planlaşdırır.

ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanı liderlər siyasından təcrid etmək və ABŞ-ın irəli sürdüyü şərtlərə razı olmaq üçün Pxenyan rəhbərliyinin iqtisadi, diplomatik və digər əlaqələrinin məhdudlaşdırılması istiqamətində beynəlxalq cəhdlər edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm