Dünya
Batumidə hoteldəki yanğın söndürüldü - Ölən və yaralananların sayı dəqiqləşdi (YENİLƏNDİ)
Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.
Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.
O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.
Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.
Yanğın baş vermiş “Leogrand” hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.
***
Batumidə “Leogrand” hotelindəki yanğında ölənlərin sayı 12-yə çatıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb..
Məlumata əsasən, hazırda həmin şəxslərin identifikasiyası aparılır. Xilasedicilər hoteldən 100-dən çox insanı təxliyə edib.
***
Batumidə “Leogrand” hotelindəki yanğında 4 nəfər ölüb, xəsarət alanların sayı 10-a çatıb.
Xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.
Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir. (apa)
***
Batumidə “Leogrand” hotelində davam edən yanğın nəticəsində üç nəfər xəsarət alıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.
Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir.
***
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda hoteldən insanlar təxliyə olunur.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO