İsrail “HƏMAS”-ın təlim düşərgələrini bombaladı
Bizi izləyin

Dünya

İsrail “HƏMAS”-ın təlim düşərgələrini bombaladı

İsrail ordusu "HƏMAS"-ın təlim düşərgələrini bombalayıb.

Publika.az xəbər verir ki, “HƏMAS”-ın Qəza sektorunun şimalında yerləşən təlim düşərgəsi İsrail ordusuna məxsus təyyarələr tərəfindən atəşə tutulub. Ötən gün İsrail mövqelərinə atılan hava zərbələrinə cavab olaraq bombalanan düşərgədə 3 obyekt tamamilə məhv edilib.

İsrail ordusu Qəza sektoruna istiqamətlənən bütün zərbələrə “HƏMAS”-ın məsuliyyət daşıdığını bildirib.

Xatırladaq ki, ötən həftə Qəza sektorundan buraxılan 2 raket İsrailin cənubunda Xof Aşkelon ayalətinin ərazisinə düşüb və bir sıra infrastrukturları dağıdıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm