Trampla bağlı serial çəkilir
Bizi izləyin

Dünya

Trampla bağlı serial çəkilir

Maykl Vulfun ABŞ prezidenti Donald Tramp haqqında qalmaqallı kitabı əsasında teleserial çəkiləcək.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, M.Vulfun “Alov və Qəzəb: Trampın Ağ Evində” əsərinin səhnələşdirmə hüququnu "Endeavor Content" kompaniyası alıb. Filmin çəkilişi üçün milyonlarla dollar məbləğində vəsaitin lazım olduğu bildirilir.

Qeyd edək ki, kitab 9 yanvar tarixində Amerikada satışa çıxarılıb və bestsellerə çevrilib. Əsərdə Donald Trampın prezident seçiləcəyinə heç ümid etməməsi, onun həyat yoldaşı Melanianın ölkənin “birinci xanımı” olduğuna görə hələ də heyrət içində olduğu və Trampın məsləhətçilərinin prezidentin psixoloji sağlamlığına görə narahat olduqlarından danışılır.

Ağ Ev əsərdə yazılanları tamamilə təkzib edib. Donald Tampın şəxsi vəkili isə M.Vulfdan və nəşriyyatdan kitabın yayımını dayandırmağı tələb edib.

Ulucay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm