Rusiya ordusu Afrini tərk etdi
Bizi izləyin

Dünya

Rusiya ordusu Afrini tərk etdi

Rusiya ordu komandanlığı Türkiyənin əməliyyat keçirdiyi Suriyanın Afrin rayonundakı hərbçilərin təhlükəsizliyini təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görüb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, komandanlığın əmri ilə Rusiya hərbçiləri Afrindən “Təl Rifat” təhlükəsizlik zonasındakı Təl Əcər rayonuna dislokasiya edilib.

Məlumata görə, “Təl Rifat” təhlükəsizlik zonasındakı vəziyyətə fasiləsiz nəzarət olunur.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm