Pentaqon: “Türkiyə ABŞ-ın müttəfiqidir"
Bizi izləyin

Dünya

Pentaqon: “Türkiyə ABŞ-ın müttəfiqidir"

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyənin Suriyada başlatdığı Afrin əməliyyatına münasibət bildirib.

Publika.az xəbər verir ki, Pentaqon rəhbəri Türkiyənin hava əməliyyatları ilə bağlı ABŞ-ı əvvəlcədən xəbərdar etdiyini deyib:

"Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Suriyanın Afrin şəhərində Türk ordusu tərəfindən keçirilən antiterror əməliyyatlarından xəbərdarıq. Bu ölkənin təhlükəsizliyi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz artıq gələcəkdə birgə görəcəyimiz yeni fəaliyyətlərə hazırlaşırıq".

Xatırladaq ki, Suriyanın Afrin şəhərini ələ keçirən terrorçu PKK qruplaşmasının YPG və PYD adlı qolları Türkiyə ərazisinə təxribat məqsədi ilə atəş açıb, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə yaradıb. Türkiyə ordusu bu kimi halların qarşısını almaq məqsədilə Suriyanın Afrin şəhərində antiterror əməliyyatına başlayıb. Afrin bölgəsində Türk qoşunları tərəfindən başlanan "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti məhv edilib. Türkiyə hərbçiləri Afrinin mərkəzinə doğru hərəkət edirlər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm