Ukrayna qvardiyasının 700 əsgər və zabiti əsir düşüb
Bizi izləyin

Dünya

Ukrayna qvardiyasının 700 əsgər və zabiti əsir düşüb

Luqansk vilayətində şiddətli gecə döyüşləri olub. Milli qvardiyanın əsgərləri blokpostları durmadan atəşə tutublar. Atılan mərmilərdən biri yaşayış binasına dəyib. Şəhər əhalisi qorxu içərisində zirzəmilərdə gizlənməyə çalışırlar.

Publika.az “Vesti.ru”-ya istinadla bildirir ki, Luqansk özünümüdafiə dəstələri və milis əməkdaşları şəhərin mərkəzində yerləşən, Ukrayna Milli Qvardiyasının kazarmalarına hücum təşkil ediblər. Kazarmalar şəhərin mərkəzində yerləşdiyindən hər tərəfdən atəşə tutulub.

Səhərəyaxın qvardiyaçılar təslim olub. 700 nəfərlik heyətə məxsus olan hər hissənin belə tez təslim olması separatçıları da heyrətləndirib. Məlum olub ki, yalnız zabit heyətində silah olub və əsasən, onlar atəş açırmış. Gənc əsgərləri isə kazarmadakı boş otaqlara yığıb arxadan qıfıllayıblar.

Hücum zamanı özünümüdafiyə dəstələri bir zirehli maşını məhv edib, digərini qənimət kimi ələ keçirib. Həmçinin xeyli silah-sursat da separatçılar tərəfindən hərbi hissədən çıxarılıb. Milli qvardiyanın sıravi əsgərləri sərbəst buraxılıb.


Tanınmamış Luqansk Xalq Respublikası Ordusunun qərargah rəisi Gennadi Çıpkalovun bildirdiyinə görə təslim olan zabit heyətinin sonrakı talelələri ilə bağlı qərar hələ verilməyib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm