Türkiyə və İran prezidentləri Afrini müzakirə etdi
Bizi izləyin

Dünya

Türkiyə və İran prezidentləri Afrini müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tərəflər Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması, o cümlədən Afrin bölgəsində aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər. Türkiyə prezidenti İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarına başsağlığı verib.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm