Türkiyə İraq Kürdüstanı ilə 50 illik neft sazişi imzaladı
Bizi izləyin

Dünya

Türkiyə İraq Kürdüstanı ilə 50 illik neft sazişi imzaladı

Türkiyə ilə İraq Kürdüstanının regional hökuməti arasında kürd bölgəsindən neftin ixracı ilə bağlı 50 illik müqavilə bağlanıb. Bu barədə muxtar qurumun baş naziri Neçirvan Bərzani bəyan edib.

Türkiyə ilə İraq Kürdüstanının regional hökuməti arasında kürd bölgəsindən neftin ixracı ilə bağlı 50 illik müqavilə bağlanıb. Bu barədə muxtar qurumun baş naziri Neçirvan Bərzani bəyan edib.

Onun sözlərinə görə, müqavilə müddəti uzadıla da bilər. Bununla belə, o, kürdlərin İraqı parçalamaq niyyətlərinin olmadığını söyləyib. “Neftin ixracı kürd regionu üçün müstəqillik yolu açmayacaq”, - deyə Bərzani bildirib.

Bərzaninin dediyinə görə, bu günə artıq 9 milyard dollar həcmində neft ixrac edilib və həmin məbləğ müstəsna olaraq dövlət qulluqçularına ödəmələrə sərf olunub.

Türkiyə vasitəsilə Avropa bazarına kürd neftinin ilk partiyası mayın 23-də yola salınıb. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm