Dünya
İlk güllə 20:30-da ATILACAQ - Qlobal müharibə BAŞLAYIR
ABŞ Prezidenti Donald Tramp Çinin "iqtisadi təcavüzü"nün cəzalandırılmasını nəzərdə tutan sərt addımları açıqlayacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin istehsalı olan yüzlərlə məhsula əlavə gömrük vergilərin qoyulması və Çin şirkətlərinin ABŞ-dakı investisiyalarına məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
ABŞ Çini ABŞ-ın texnologiya və ticarət sirlərini oğurlamaqda, həmçinin Amerika şirkətlərinin mülkiyyət hüquqlarını pozmaqda ittiham edir. ABŞ-ın Ticarət Nümayəndəliyi tərəfindən 2017-ci ilin avqust ayında başladılan araşdırmanın nəticəsi olaraq Çinə qarşı atılacaq addımlar bu gün - Vaşinqton vaxtı ilə saat 12:30-da (Bakı vaxtı ilə 20:30-da. red.) elan ediləcək.
Məlumata görə, sözügedən investisiya məhdudlaşdırmalarının hədəfi ABŞ-ın süni zəka və mobil texnologiya sahələrindəki sirlərini qorumaqdır. Adının gizli qalmasını istəyən şəxsin mətbuata verdiyi məlumata görə, Çindən idxal edilən elektron cihazlardan ayaqqabıya qədər bir çox məhsullardan əlavə gömrük vergisi tutulacağı təqdirdə gömrük tariflərinin ümumi həcmi ən azı 50 milyard dollara çatacaq.
Beynəlxalq ticarət mütəxəssisləri hesab edir ki, ABŞ Prezidenti Donald Trampın polad və alüminium məhsullarına əlavə gömrük rüsumlarını tətbiq etməsi ətrafında yaranan qalmaqal davam etdiyi bir vaxtda Çini hədəf alan yeni sanksiyaların tətbiqi və nəticədə "ticarət müharibəsi"nin başlanması qlobal gərginliyi daha da artırır.
Könül Cəfərli
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO