Misirin yeni prezidenti Ankaraya veto qoydu
Bizi izləyin

Dünya

Misirin yeni prezidenti Ankaraya veto qoydu

Misirin yeni prezidenti Ankaraya veto qoydu

Misirin keçmiş müdafiə naziri, prezident seçkilərinin qalibi general Əbdül Fəttah əl-Sisi Türkiyəyə düşmən münasibətini növbəti dəfə ortaya qoyub.

Publika.az-ın İsrailin “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə, əl-Sisinin andiçmə mərasiminə Türkiyə dəvət edilməyib.

Türkiyə andiçmə mərasiminə çağırılmayan tək ölkə deyil. “Haaretz” qəzeti bazar günü Qahirədə keçiriləcək mərasimə İsrail, Qətər və Suriyanın da dəvət edilmədiyini yazıb.

İsrail qəzetinə görə, Misirin yeni prezidentinin ən böyük sürprizi İran prezidenti Həsən Ruhaninin mərasimə dəvət edilməsi olub.

Xatırladaq ki, Türkiyə Misirdə ötən ilin yayında prezident Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasını dünyanın əksər ölkələrindən fərqli olaraq hərbi çevriliş kimi qiymətləndirmişdi. Bu iki ölkə arasındakı münasibətlərin pozulmasına gətirib çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm