Donetskdə terrorçuların yeni bazası yaradılır
Bizi izləyin

Dünya

Donetskdə terrorçuların yeni bazası yaradılır

Donetskdə terrorçuların yeni bazası yaradılır

Donetsk vilayətinin şərqindəki Snejnom şəhərində terrorçuların yeni hərbi bazası formalaşdırılır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

“Ukraynanın antiterror qüvvələri diqqəti hazırda Slavyansk şəhərinə yönəldib. Terrorçular isə ağıllı şəkildə Snejnomda başqa bir qala qururlar”, – hərbi ekspert qeyd edib.

Xatırladaq ki, Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko da Snejnom şəhəri ilə bağlı həyəcan təbili çalıb. Onun sözlərinə görə, şəhərdə zirehli avtomobillər, pulemyot və daşına bilən zenit-raket kompleksləri ilə silahlanan təxminən 300 silahlı cəmlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm