Döyüşlər Donetsk şəhərinin mərkəzində gedir
Bizi izləyin

Dünya

Döyüşlər Donetsk şəhərinin mərkəzində gedir

Döyüşlər Donetsk şəhərinin mərkəzində gedir

Ukraynanın Donetsk şəhərinin mərkəzi bazarında hazırda atışma gedir.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli milisin mətbuat xidmətinin rəhbəri Olqa Poçkalov bildirib.

“Sakinlərdən xəbər daxil olub. Mərkəzi bazarda atışma haqqında məlumat verilib”, – O.Poçkalov deyib. Onun sözlərinə görə, Donetsk şəhərində atışmalar ölkənin şərqində Ukrayna ordusunun aprel ayında əməliyyatlara başlamasından sonda adi hala çevrilib.

O, atışmanın kimlər arasında getdiyi barədə məlumat verməyib. Ancaq silahlı qarşıdurmanın separatçılar və Ukrayna ordusu arasında olduğu təxmin edilir.

Xatırladaq ki, Ukraynanın yeni hakimiyyətinin legitimliyini tanımayan Luqansk və Donetsk vilayətləri 11 may tarixində “referendum” keçirib. “Referendum”un nəticələrinə əsasən, vilayətlərin əhalisinin təxminən 90 faizi müstəqilliyə səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm