Almaniya Rusiyanı casusluqda ittiham etdi
Bizi izləyin

Dünya

Almaniya Rusiyanı casusluqda ittiham etdi

Almaniya Rusiyanı casusluqda ittiham etdi

Rusiya xüsusi xidmət orqanları Ukrayna ilə münaqişəyə görə Almaniyada casus fəaliyyətini gücləndirib.

Publika.az-ın Almaniyanın "DPA" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Konstitusiyası Mühafizəsi üzrə Federal İdarədən bildirilib.

İdarə rəhbəri Georg Maassenanın sözlərinə görə, rəhbərlik etdiyi qurum Ukrayna böhranının potensial siyasi, iqtisadi və hərbi nəticələri haqqında informasiyalar toplamağa çalışan Rusiya xüsusi xidmət orqanlarının cəhdlərini qeydə alıb. O bildirib ki, Rusiya xüsusi xidmət orqanları xüsusi olaraq Moskvanın Ukrayna siyasətinə Avropa Birliyi və NATO-nun mümkün cavab tədbirləri, həmçinin Avropanın energetika siyasəti barəsində informasiya toplamağa çalışır.

G.Maassena qeyd edir ki, Rusiya xüsusi xidmət orqanlarının Almaniya ərazisində fəaliyyəti yalnız təmiz informasiyanın alınması ilə məhdudlaşmır. Almaniya Konstitusiyası Mühafizəsi üzrə Federal İdarənin rəhbəri ölkənin ictimai rəyinə təsir etmək istədiklərini də dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm