Almaniya Azərbaycana silah satmaqdan imtina etdi
Bizi izləyin

Dünya

Almaniya Azərbaycana silah satmaqdan imtina etdi

Almaniya Azərbaycana silah satmaqdan imtina etdi

Ötən il Almaniya silah ixracını təxminən 25 faiz artırıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İqtisadiyyat və Energetika Nazirliyinin məruzəsində deyilir.

Almaniyanın silah ixracının əsas hissəsi Səudiyyə Ərəbistanı və Qətərin payına düşür. Bu iki ölkəyə ümumilikdə 5,8 milyard avro dəyərində silah satılıb. Rədd edilmiş silah sifarişlərin ümumi məbləği isə 10,04 milyon avrodur. Almaniya hökuməti Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Ukraynaya silah ixracına icazə verməyib.

Stokholm Sülh Araşdırmalar İnstitutunun mart ayında dərc etdiyi məruzəyə görə, Azərbaycan Avropada əsas silah növləri üzrə ikinci ən böyük idxalatçıdır. 2004-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycanın silah idxalının 3,7 dəfə artdığı bildirilir.

Məruzəyə görə, Azərbaycanın son beş ildə idxal etdiyi silahların 80 faizi Rusiya istehsalıdır. Azərbaycanın digər silah təchizatçıları arasında Belarus, Ukrayna, İsrail və Türkiyə var.

Ümumilikdə, dünya silah ixracında ilk yeri 29 faizlə ABŞ tutur. Sonrakı yerlərdə Rusiya (27 faiz), Almaniya (7 faiz), Çin (6 faiz) və Fransa (5 faiz) qərarlaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm