MİT-dən şok iddia: 3 min türk…
Bizi izləyin

Dünya

MİT-dən şok iddia: 3 min türk…

MİT-dən şok iddia: 3 min türk…

Türkiyənin baş konsulluğuna hücum edərək bütün diplomatik heyəti girov götürən terror təşkilatı “İraq Şam İslam Dövləti”nin (İŞİD) tərkibində 3 minə qədər türk silahlısı döyüşür.

Publika.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, bu, Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən müəyyənləşdirilib.

Türkiyə və xarici ölkələrdən təşkilata qatılan türklərə ”əmirlik” rütbəsi verilir. Xarici ölkələrdən gələn türklər, əsasən, Finlandiya, Fransa, Əlcəzair, Almaniya və Balkan ölkələrinin vətəndaşlarıdır.

Məlumata görə, İŞİD-ə qatılan türklərin bir hissəsi daha əvvəllər “Əl-Qaidə”nin Əfqanıstan və Pakistandakı düşərgələrində təlim alıb. Təşkilata Türkiyədən qatılanların isə, əsasən, İstanbul, Bursa, Eskişehir, Bingöl, Adana, Qaziantəp və Bitlisdən olduğu bildirilir.

Suriyadakı vətəndaş müharibəsi ilə birlikdə təsir sahəsini genişlədən İŞİD-in maliyyə imkanlarını artırması da diqqəti çəkir. Suriyanın şimalında nəzarət etdiyi yataqlardan çıxarılan nefti Bəşər Əsəd rejiminə sataraq milyonlar qazanan terror təşkilatının digər qazanc mənbəyi Hatay bölgəsindən Türkiyəyə qaçaq yolu ilə daşınan mazutdur. Mazutdan gələn gəlirin də birbaşa İŞİD-ə getdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm