Dünya
İŞİD BƏƏS Partıyasının rəhbərliyini öldürdü - SON DƏQİQƏ
Türkiyə mətbuatının yaydığı məlumata görə,İraqın Tikrit şəhərindəki evlərdən birinə təşkil olunan hücumda öldürülən BƏƏS partiyasının 50 funsionerinin arasında qurumun rəhbəri İzzət Əd-Duri də olub. Hazırda digər ölənlərin də şəxsiyyəti müəyyənləşdirilir.
11:30
İraqın Tikrit şəhərindəki evlərdən birinə təşkil olunan hücumda BƏƏS partiyasının 50 funksionerinin öldürüldüyü bildirilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İraqın devrilmiş lideri Səddam Hüseynin köməkçisi İzzət Əd-Durinin oğlu Əhməd İzzət Əd-Durinin də aralarında olduğu partiya funksionerlərinin Tikritdəki evlərdən birində toplaşdıqlarını bilən naməlum şəxslər ora basqın təşkil ediblər. Bu barədə hüquq-mühafizə orqanları məlumat verib. Basqının kim tərəfindən təşkil olunduğu hələlik bəlli deyil. Evdəkilərin asayiş keşikçilərinə cavab atəşi açması nəticəsində toqquşma yaranıb.
İlkin versiyaya görə, BƏƏS partiyasına qarşı təşkil olunan əməliyyatda 50 nəfər həlak olub. Əməliyyat İraq Hava Qüvvələrinə aid qırıcıların şəhərdə təşkil etdiyi hücumlardan sonra həyat keçirilib.
Xatırladaq ki, İŞİD terror təşkilatının Tikritə girdiyi haqqında xəbər vermişdik.
Vüsal Tağı
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO