ABŞ böyük nüvə fəlakətindən qurtulub – Məxfi sənəd
Bizi izləyin

Dünya

ABŞ böyük nüvə fəlakətindən qurtulub – Məxfi sənəd

ABŞ böyük nüvə fəlakətindən qurtulub – Məxfi sənəd

ABŞ Milli Təhlükəsizlik Arxivinin (ANB) bu həftə məxfilikdən çıxarılan sənədləri ölkənin böyük nüvə fəlakətindən xilas olduğunu ortaya çıxarıb.

Publika.az-ın “The Independent” qəzetinə istinadən verdiyi məlumata görə, sözügedən hadisə 1961-ci ilin yanvarında baş verib.

Şimali Karolina ştatının Qoldsboro şəhəri yaxınlığında olan ABŞ Hərbi Hava Qüvvələrinin “V-52” təyyarəsi daşıdığı iki nüvə bombasını düşürüb. “Nüvə partlayışı xoşbəxtlik nəticəsində baş vermədi. Nüvə bombasının iki ötürücü sadəcə olaraq birləşmədi”, - həmin dövrün ABŞ müdafiə naziri Robert Maknamara deyib. Digər nüvə bombasının sürəti isə paraşütlərlə azaldılmışdı.

“Mən təyyarənin, daha sonra böyük partlayışın səsini eşitdim. Məni çarpayıdan partlayış dalğası kənara atdı. Pəncərəyə baxanda isə əkin sahəsinin yandığını gördüm”, - hadisə şahidi olan ferma sahibi bildirib.

Məxfilikdən çıxarılan sənədlərə görə, nüvə bombalarının partlayıcı gücü 4,5 və 3,8 meqaton olub. Böyük Britaniya nəşri qeyd edir ki, 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan bombaların partlayıcı gücü müvafiq olaraq 0,01 və 0,02 meqaton idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm