İran rəsmisi: "İŞİD-ə son dəstəyi Barak Obama edib"
Bizi izləyin

Dünya

İran rəsmisi: "İŞİD-ə son dəstəyi Barak Obama edib"

İran rəsmisi: "İŞİD-ə son dəstəyi Barak Obama edib"

Amerika rəsmiləri daima terrorçu qrupları, o cümlədən İslami Şam İraq Dövləti (İŞİD) terrorçu qrurpunu dəstəkləyib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi çıxış edib.

O, ABŞ-ın Suriyadakı hadisələrin ardınca regiondakı müttəfiqləri ilə yanaşı terrorçu İŞİD qrupunu bölgə xalqını qırğın etməklə məşğul edib:

“ABŞ-ın İŞİD terrorçu qrupuna son dəstəyi ölkə prezidenti Barak Obama tərəfindən baş verib. Belə ki, Obama demişdir ki, Amerika İŞİD başda olmaqla Suriya hökuməti ilə toqquşan müxalifətə modern silahlar təmin edəcəkdir. Suriya böhranı ilə mövcudluğunu bildirən İŞİD terrorçu qrupu bu günlər İraq ordusu ilə toqquşmaqdadır. Terrorçu İŞİD qruplaşması ötən çərşənbə axşamından etibarən İraqın şimal bölgələrinə qarşı hücumlarını genişləndirdi, lakin İraq ordusu və xalqının güclü iştirakı nəticəsində, İraq və Şam İslam Dövləti (İŞİD) terrorçu qrupunun çəmbəri getdikcə daralır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm