Türkiyə bayrağını endirən terrorçunu həbs edildi
Bizi izləyin

Dünya

Türkiyə bayrağını endirən terrorçunu həbs edildi

Türkiyənin Diyarbəkir vilayətində Türkiyə bayrağını endirən şəxs saxlanılıb.

Türkiyənin Diyarbəkir vilayətində Türkiyə bayrağını endirən şəxs saxlanılıb.

Ötən gecə polisin keçirdiyi əməliyyat nəticəsində Diyarbəkirdə hərbi hissələrdən birində dövlət bayrağını endirən şəxs tutulub.

Araşdırmalar zamanı məlum olub ki, tutulan şəxs eyni zamanda PKK terror təşkilatının üzvüdür. Həmin şəxs polis bölməsinddə sorğu-sual edildikdən sonra Diyarbəkir prokurorluğuna təhvil veriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Diyarbəkir 2-ci Hava Qüvvələri komandanlığında dövlət bayrağı bir etirazçı tərəfindən endirilmişdi. Hadisə ölkədə kəskin etirazlara səbəb olmuşdu.

Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açmışdı. Hərbi hissənin təhlükəsizlik xidmətinin iki əməkdaşı həbs edilmişdi. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm