Bir gündə 80-dən çox terrorçu məhv edilib
Bizi izləyin

Dünya

Bir gündə 80-dən çox terrorçu məhv edilib

Bir gündə 80-dən çox terrorçu məhv edilib

Ötən gün ərzində Ukraynanın şərqində aparılan antiterror əməliyyatlarında 80-dən çox terrorçu məhv edilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi Vladimir Çepovoy bildirib.

O həmçinin antiterror əməliyyat qruplarının terrorçuların Aleksandrovsk qəsəbəsindəki bazasına zərbələrin endirildiyini deyib. V.Çepovoy həmin bazada ağır silahlar və texnika ilə 200-dən çox silahlının olduğunu dilə gətirib.

“Dünən antiterror əməliyyat qrupları Luqansk yaxınlığındakı Metallist qəsəbəsini terrorçulardan təmizləyib. Milli Qvardiya və Ukraynanın Silahlı Qüvvələri terrorçuların blokpostlarını və iki ədəd “PTS-2” transportyorunu məhv edib”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm