“Lavrov Bakıya müharibəyə başlamağı təklif edəcək” - İddia
Bizi izləyin

Dünya

“Lavrov Bakıya müharibəyə başlamağı təklif edəcək” - İddia

“Lavrov Bakıya müharibəyə başlamağı təklif edəcək” - İddia

Xəbər verildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Bakıya iki günlük səfərə gəlib. Rusiyalı nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Səfər Ermənistanda da diqqətlə izlənilir. Təbii ki, narahatlıqla.

Publika.az-ın verdiyi xəbərə görə, erməni mətbuatı S.Lavrovun Bakıda olduqca mürəkkəb məsələləri həll etməli olacağını yazıb.

Siyasi müşahidəçi Naira Ayrumyan hesab edir ki, rusiyalı nazir hər şeydən əvvəl Bakını transxəzər qaz kəmərinin çəkilməsinə razı olmamağa inandırmağa çalışacaq. “Keçən həftə Avropa Komissiyasının prezidenti Barrozu İlham Əliyevlə transxəzər boru kəmərini müzakirə edib. İlham Əliyevin razılığı barədə rəsmi məlumatlar yoxdur. Bu isə o deməkdir ki, İlham Əliyev Lavrovu gözləyir”,– erməni ekspert bildirib.

N.Ayrumyanın sözlərinə görə, S.Lavrovun Bakıda keçirəcəyi danışıqlarda ikinci məsələ Dağlıq Qarabağ problem olacaq: “Səfər ərəfəsində Azərbaycan məmurları bildiriblər ki, münaqişənin həlli üçün Rusiyadan konkret təklifləri gözləyirlər. Lavrovun nə təklif edəcəyini demək çətindir ki, Azərbaycan transxəzər boru kəmərindən imtina etsin. Bu, Moskvaya baha başa gələcək, daha doğrusu, Ermənistana”.

Erməni siyasi müşahidəçi ehtimal edir ki, Lavrov Azərbaycana Ermənistanla “zəmanət verilmiş” müharibəyə başlamağı təklif edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm