Separatçılar “təslim olun” çağırışına məhəl qoymurlar
Bizi izləyin

Dünya

Separatçılar “təslim olun” çağırışına məhəl qoymurlar

Separatçılar “təslim olun” çağırışına məhəl qoymurlar

Donetsk vilayətinin Krasnıy Port şəhəri yaxınlığında terrorçular antiterror güclərinin təslim olmaq barədə ultimatumuna rədd cavabı verib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert terrorçuların zərərsizləşdiriməsi üçün əməliyyatın başlandığını bildirib. O qeyd edib ki, təslim olmaq barədə çağırışlar gecə saatlarında havadan səpələnib.

“Ukrayna prezidentinin sülh planına uyğun olaraq rerrorçulara təslim olmaq barədə ultimatum verilib. Silahlılardan hər birinə törətdikləri cinayətlərə görə obyektiv araşdırma üçün zəmanət verilirdi”,– D.Tımçuk qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm