Kremldən NATO-ya cavab: “Bu, prezidentin tapşırığıdır”
Bizi izləyin

Dünya

Kremldən NATO-ya cavab: “Bu, prezidentin tapşırığıdır”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun baş katibi Anders Foq Rasmussenin son bəyanatına cavab verib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putinin sözçüsü ittifaq rəhbərinin bəyanatını təəccüblə qarşıladığını bildirib.

Xatırladaq ki, NATO-nun baş katibi Ukrayna sərhədində Rusiya hərbi güvvələrinin artdığını müşahidə etdiklərini deyib. Rasmussenin sözlərinə görə, bu beynəlxalq münasibətlərdə "geriyə addım" hesab olunur və strateji nəticələrə gətirib çıxara bilər. "Rusiya Ukraynaya açıq müdaxilə imkanını saxlayır”, - Rasmussen qeyd edib.

NATO-nun baş katibi Anders Foq Rasmussen Ukraynanın şərq sərhədində bir neçə min Rusiya hərbçisinin aşkar olunduğunu bildirib.

D.Peskov Rusiya sərhədlərinin mühafizəsinin gücləndirilməsindən söhbət getdiyini vurğulayıb. O vurğulayıb ki, Rusiya dövlət başçısı sərhədlərinin mühafizəsinin gücləndirilməsi barədə bir neçə həftə əvvəl göstəriş verib. Silahlı qüvvələrin sayının artırılmasına gəlincə, Rusiya prezidentinin sözçüsü bunu sərhədin təhlükəsizliyinin lazımı səviyyədə təmin olunması məqsədi ilə edildiyini dilə gətirib.

Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə əlavə hərbi qüvvələri yerləşdirdiyi barədə iki gün əvvəl keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi Vladimir Çepovoy da bildirib.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin məlumatına görə, Ukrayna ilə sərhəd rayonlarından dörd batalyon çıxarılıb. Bunlar 7-ci və 76-cı hava-desant diviziyaları, 56-cı desant-hücum briqadası və 15-ci motoatıcı briqadalardır. Rusiya-Ukrayna sərhədində rus qoşunların sayının gələcəkdə artması istisna edilmir”, – V.Çepovoy qeyd etmişdi.

Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi dünən Moskva-Kiyev yolunun Kaluqa şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasının karvanının müşahidə edildiyini bildirib. O, hərbi texnika karvanının təxminən 15 kilometr uzunluqda olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm