Davudoğluna şok ittiham: “Siz şiə türbələrini yox edəcək insanlar göndərəndə…”
Bizi izləyin

Dünya

Davudoğluna şok ittiham: “Siz şiə türbələrini yox edəcək insanlar göndərəndə…”

Suriyadakı bir türbədən Əhli-beytdən bir şəxsin cənazəsi çıxarılaraq hörmətsizlik edilmişdi. Əhməd, sən nələr olduğunu bilirsən. Bu şəkildə şərhlər vermək qulağa xoş gəlir.

İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunda dünən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə İran xarici işlər naziri Cavad Zərif arasında gərgin anlar yaşanıb.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazirlər arasında gərginlik “Hizbullah” təşkilatı ilə bağlı yaranıb.

Ə.Davudoğlu və C.Zərif Şimali İraq kürd müxtariyyətinin başçısı Məsud Bərzaninin də qatıldığı “Orta Şərqdə oyunun sonu” adlı paneldə “Hizbullah”ın Suriyadakı fəaliyyətini müzakirə edib. Yumşaq bir atmosferdə başlayan paneldə hər üç siyasətçi Suriyadakı “bütün xarici güclərin çəkilməsi” mövzusunda ortaq mövqe sərgiləyib. Ancaq İran xarici işlər naziri C.Zərifin “Hizbullah” silahlılarının Suriyada olmasının səbəbi ilə bağlı dediyi sözləri Ə.Davudoğlunun reaksiyasını çəkib. İki nazir arasında “atışma” aşağıdakı kimi olub:

C.Zərif: Suriyaya döyüşmək üçün heç kimi göndərmədik. “Hizbullah” da öz qərarını verib. Təbii ki, siz şiələrin türbələrini yox edəcək insanlar göndərəndə, şiələrin səssiz qalmasını gözləyə bilməzsiniz.

Ə.Davudoğlu: Dəməşqdəki Seyidə Zeynəb türbəsi yalnız şiələrə deyil, bütün müsəlmanlara aiddir. Türbələrin hamısı müsəlmanların ortaq mədəni mirasıdır. Əgər hər kəs Suriyaya öz məzhəbinə aid olduğu deyilən müqəddəs abidələri qorumağa gedərsə, bu qarşıdurma sonsuza qədər davam edər. Sülh istəyiriksə, məzhəb qarşıdurmalarına son qoymalıyıq. Suriyadakı sünni, şiə, xristian müqəddəs məkanları hamımızındır. Bunları qorumaq insanlıq qürurudur.

C.Zərif: Suriyadakı bir türbədən Əhli-beytdən bir şəxsin cənazəsi çıxarılaraq hörmətsizlik edilmişdi. Əhməd, sən nələr olduğunu bilirsən. Bu şəkildə şərhlər vermək qulağa xoş gəlir. Hər türbənin qorunmasını istəyirəm, amma bu cür hadisələr olduqdan sonra da sözügedən hadisələr baş verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm