Putinin göstərişinə Poroşenkodan reaksiya gəldi
Bizi izləyin

Dünya

Putinin göstərişinə Poroşenkodan reaksiya gəldi

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadəyə icazə verən qərarın ləğvini istəyib və bu barədə Rusiya Federasiya Şurasına müraciət edib.

Kreml mətbuat xidmətindən verilən məlumata görə, prezident Federasiya Şurasının sədri Valentina Matviyenko adını məktub göndərib.

Publika.az-ın unina.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko V.Putinin bu müraciətinə reaksiya verib.

P.Poroşenko Rusiya Federasiya Şurasına Putinin müraciətini onun 3 gün əvvəl açıqladığı “sülh planı”na dəstək kimi qiymətləndirib.

“Ukrayna prezidenti Rusiya Federasiyası hərbi güclərindən Ukrayna ərazisində istifadə edilməsi barədə qərarın ləğvi üçün Vladimir Putinin Federasiya Şurasına müraciətini müsbət addım hesab edir. Bu müraciət Ukraynanın şərqində vəziyyətin nizama salması üçün Ukraynanın sülh planına Rusiyanın prezidentinin rəsmi dəstəyini göstərən birinci praktik addımdır”, – Poroşenkonun adından yayılan bəyanatda qeyd edilir.

Xatırladaq ki, sözügedən qərar 1 Mart 2014-cü ildə Rusiya Federasiya Şurasında qəbul edilmişdi. Qərar Rusiya prezidentinə silahlı qüvvələrdən Ukrayna ərazisində istifadə etməyə icazə verirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm