Polşada Moskvanın “beşinci koloniyası” varmış
Bizi izləyin

Dünya

Polşada Moskvanın “beşinci koloniyası” varmış

Polşadakı dinləmə skandalı getdikcə böyüyür.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, keçən həftə daxili işlər naziri və Mərkəz Bankın başçısı arasında gizli səs qeydinin yayılmasından sonra ikinci bir səs qeydi ortaya çıxıb.

Bu dəfə Polşa xarici işlər naziri Radoslav Sikorskiyə aid gizli səs qeydi ölkəni qarışdırıb. ABŞ-a yönəlik tənqidlərin yer aldığı gizli səs qeydinin “Wprost” jurnalında nəşr olunmasından sonra Sikorski hökuməti devirməyə çalışan mütəşəkkil bir cinayətkar qrupla qarşı-qarşıya olduqlarını bildirib.

“Wprost” jurnalında dərc olunan səs qeydi R.Sikorski və keçmiş maliyyə naziri Jacek Rostovskiyə aiddir. R.Sikorski ABŞ-ın Ukrayna və Polşa siyasətini sərt şəkildə tənqid edir və hətta bu siyasətdən ağır ifadələrlə danışır.

Baş nazir Donald Tuskun da ABŞ ilə əməkdaşlıq edərək böyük səhvə yol verdiyini söyləyən xarici işlər naziri Polşanın Almaniya və Rusiya ilə yaxınlaşmalı olduğunu bildirir. Daha əvvəllər Amerikanın mühafizəkar ətrafı ilə yaxın əməkdaşlıq edən Sikorskinin antiamerika açıqlamaları təəccübə səbəb olub.

Qeydlər paytaxt Varşavadakı bir restoranda gizli şəkildə alınıb. Səs qeydinin ortaya çıxmasından sonra Polşa təhlükəsizlik orqanları “Wprost” jurnalından dinləməyə aid məlumat və sənədləri istəyib. Ancaq jurnal rəhbərliyinin cavabı mənfi olub. İkinci səs qeydindən sonra baş nazir skandalda adı hallanan xarici işlər nazirinin istefasını tələb etməyib və “cinayətkar təşkilat”a qarşı mübarizə aparacaqlarını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm