Ərdoğanın oğlu Kılıçdaroğlunu məhkəməyə verdi
Bizi izləyin

Dünya

Ərdoğanın oğlu Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bilal Ərdoğan CHP liderini rəhbəri olduğu Türkiyə Gənclik və Təhsil Xidmət Vəqfi (TÜRGEV) haqda səsləndirdiyi tənqidi fikirlərə görə məhkəməyə verib.

B.Ərdoğan məhkəmə iddiasında K.Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.

Qeyd edək ki, B.Ərdoğan CHP liderinin iyunun 23-də partiya toplantısındakı çıxışı zamanı sözügedən təşkilatın şərəf və layəqətini təhqir etdiyini iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm