ABŞ təyyarələri Bağdadda
Bizi izləyin

Dünya

ABŞ təyyarələri Bağdadda

"ABŞ-ın pilotsuz təyyarələri Bağdad hava səmasına qalxaraq bölgədə yaşayan ABŞ vətəndaşlarını və hərbi personalı qorumağa başlayıb.

ANS PRESS-in məlumatına görə, bu hadqa ABŞ Müdafiə Nazirliyi xəbər yayıb.

"Hellfire mərmiləri ilə təchiz edilən Predator modelli pilotsuz təyyarələrin uçuşları haqda informasiya gizli saxlanılıb. Bu uçuşlar gələcəkdə də davamlı olacaq" - deyə, Pentaqondan bildiriblər.

Pentaqon rəsmisi vurğulayıb ki, pilotsuz təyyarələrin əsas məqsədi bölgədəki ABŞ vətəndaşlarını və hərbi personalı qorumaqdır.

Qeyd edilir ki, ABŞ prezidenti Barak Obama İŞİD yaraqlılarına qarşı təşkil ediləcək hava hücumuna hələ icazə verməyib.

Pentaqon məlumat yayıb ki, cümə axşamı günü ABŞ-ın xüsusi təyinatlı 4 komandanı Bağdada gəlib. Onlarla birgə, ABŞ Prezidentinin söz verdiyi kimi, 300 nəfərlik qrup da İraqa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm