İŞİD-i Rusiya və İran silahlandırır? - ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

İŞİD-i Rusiya və İran silahlandırır? - ŞOK FAKTLAR

Orta şərqi qan gölünə çevirən “İraq Şam İslam Dövləti” terror təşkilatının İran və Rusiya əlaqələri şəkildə görünən bu pasportlarla sübut edilib.

İŞİD-in İran və Dəməşq rejimiylə əməkdaşlıq etdiyini təsdiqləyən sənədlərə görə, bəzi IŞİD komandirləri dəfələrlə İran və Rusiyaya gedib. Suriyalı müxaliflərin ümumi təşkilatı Suriya Müxalif və İnqilabçı Güclər Koalisiyası (SMDK) terror təşkilatı “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “İraq Şam İslam Dövləti” (İŞİD) döyüşçülərilərinin İran, Rusiya və Bəşər Əsəd rejimi ilə əlaqəsini sübut edən bir sıra mühüm sənədlər aşkara çıxarıb.

Koalisiya təmsilçiləri İŞİD-in Cerablusdakı komandiri olan Əbu Həfs əl Masrinin pasportunun ələ keçirildiyini və pasportla birgə bu ölkələrə çoxsaylı gediş-gəliş göstərən Rusiya və İran vizasının tapıldığını qeyd ediblər. Eyni zamanda, İŞİD tərkibində döyüşən bir çox yaraqlının pasportunda da İran və Rusiya vizalarının olduğu aşkara çıxıb.

Bu əlaqəni sübut edən faktlardan biri də İŞİD-in əsasən, Rusiya, Suriya, qismən İran silahları ilə silahlanmasıdır.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm