Ukrayna ordusu növbəti itkisini verib
Bizi izləyin

Dünya

Ukrayna ordusu növbəti itkisini verib

Terrorçular Donetsk vilayətində antiterror güclərinin blokpostuna hücum edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert bir hərbi qulluqçunun həlak olduğunu bildirib.

Onun sözlərinə görə, terrorçular gün ərzində antiterror güclərinin mövqelərinə hücumlar həyata keçirib.”Slavyansk yaxınlığındakı Karaçun dağında mövqe tutan Ukrayna hərbçiləri minaatanlardan iki dəfə atəşə tutulub. Hərbçilər arasında itki yoxdur”,– hərbi ekspert əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm