• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiyanın qaz hegemonluğu sona çatır

  • Dünya
  • 30 İyun 2014 19:32
  • 510 Baxış
Rusiyanın qaz hegemonluğu sona çatır

Kaliforniyada işə salınmış yeni heliometral stansiya energetikada inqilab yaradır.

Publika.az-ın məlumatına görə, Amerikanın Kaliforniya ştatında bu ilin yazında istifadəyə verilmiş yeni Günəş stansiyası heç bir yanacaq istifadə etmədən təmiz elektrik enerjisi almağa imkan yaradır.

Ümumi gücü 392 meqavatt olan yeni stansiya 140 min evi enerji ilə təchiz edir. Yəni ümumi enerjiyə tələbatı 4,5 min meqavatt olan Azərbaycanı enerji ilə təmin etmək üçün 11 belə stansiya yetərlidir.

Los-Ancelesdən 3 kilometr aralıda yerləşən “İvanpa Solar Elektrik Sistem” adlı stansiya 2,2 milyard dollara başa gəlib. Stansiyada elektrik enerjisi indiyə kimi alışdığımız günə batareyaları (fotoelektrik effekt) ilə alınmır. Prosesdə sadəcə güzgüdən istifadə edilir. Hər bir güzgü modulu qaraj qapısı boyda iki güzgüdən ibarətdir. Modulları heliostat adlandırılır. Stansiyada 173 min heliostat var. Heliostatlar hərəkətlidir və kompüter vasitəsi ilə idarə olunurlar. Onlar Günəşə uyğun hərəkət edərək, aldıqları enerjini mərkəzdə yerləşmiş üç qülləyə göndərirlər. Günəş batana kimi qüllə işıq şüalarını qəbul edir. 50 mərtəbəli bina (148 metr) hündürlüyündə olan qüllənin başında içində xüsusi maye olan çənlər yerləşdirilir və işıq şüaları buxara çevrilmiş mayeni 700 dərəcəyə qədər qızdırır.

Stansiyada bütün iş prinsipi buxar-qaz istilik elektrik stansiyasında olduğu kimidir. Sadəcə, qazın əvəzinə günəş işığı istifadə edilir. Yəni stansiyada yanacaqdan istifadə edilmir. Hazırda bütün dünyada 10 ədəd belə stansiya işə salınıb, amma qazın qiyməti qalxdıqca belə stansiyaların sayının artacağı ehtimal edilir. Hazırda hər üç diqiqədən bir bir Amerika evi Günəş batareyasına keçir. Ekoloqlar da “İvanpa Solar Elektrik Sistem” kimi stansiyaların işə salınmasının tərəfdarıdır. Belə bir stansiyanın işə salınması hər il atmosferə atılan karbon qazının miqdarını 400 min ton azaldır.

Artıq heliometral stansiyalar yeni dünya trendidir və bu texnologiyanın buxar-qaz stansiyalarına nisbətən elə də baha olmaması, həmçinin yanacaqsız işləməsi onu bütün dünyada populyar edləcək. Bu həm də dünya bazarında təbii qaza tələbatı xeyli azaldacaq. Nəticədə, Rusiyanın Avropa üzərində qaz hegemonluğunun da sonu çatacaq. Yəni avropalılar qaz təzyiqinə dözmədikdə bir az xərc çəkməklə heliometral elektrik stansiyalarına keçəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR