Dünya
Slavyanskda atışma: 1 ölü, çoxsaylı yaralı
Ukraynanın şərqində atəşkəsin elan olunmasına
baxmayaraq, tərəflər arasında atışmalar davam
etməkdədir.
ANS TV-nin məlumatına görə, bu gün də Ukrayna
ordusu və Milli Qvardiyanın mənsubları Slavyansk şəhərində
rusiyayönümlü üsyançıların mövqelərini artilleriya atəşinə tutub.
Şiddətli atəş nəticəsində şəhərdə bir çox bina
dağıdılıb.
Yerli sakin Valentina Omelyançukun sözlərinə görə,
bütün gecə biz zirzəmidə oturmuşuq: “Mənzilimiz səhər saat 6-7
arası vuruldu. Gecə baş verənlər dəhşət idi, ev sahibləri şok
içərisindədir”.
Son məlumatlara görə, atışmada bir qadın həlak olub. Çoxlu sayda yaralı var. Atəşkəs rejiminin pozulmasında, həm rəsmi Kiyev, həm də üsyançılar bir-birini ittiham edir. Ötən həftə elan olunan atəşkəsin müddəti bu gün saat 23-də başa çatır. Avropa Birliyi təyin olunan vaxtda Ukraynanın şərqində sabitliyin bərqərar olunmayacağı təqdirdə üsyançıları dəstəkləyən Rüsiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını bəyan edib.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO