Qadını polis şöbəsində belə döydülər (VİDEO)
Bizi izləyin

Dünya

Qadını polis şöbəsində belə döydülər (VİDEO)

Türkiyənin İzmir şəhərində polis şöbəsində gənc qadın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən döyülüb.


ANS PRESS Doğan haber agentliyinə istinadən verdiyi məlumata görə, şəxsiyyəti təsdiq edən sənəd olmadığına görə saxlanılan qadın polis şöbəsinə aparılıb.


Polis şöbəsinə gətirilən Fevziyə Cengiz adlı qadın orada polislərlə mübahisə etməyə başlayıb. Qanunsuz işləməkdə ittiham olunan Fevziyə Cengiz burada polislərlə mübahisə etdiyinə görə otağa salınaraq möhkəm döyülüb.


Qadının polis tərəfindən döyülməsi və sonra əllərinin qandallanaraq oturdulması müşahidə kameraları vasitəsilə çəkilib. Bu hadisə baş verən zaman qadının həyat yoldaşı polis şöbəsinin qarşısında arvadını gözləyirmiş. Sonradan qadın polislərdən şikayət edib. Şikayət əsasında qadını döyən iki polis saxlanılıb. Onlardan birinə 3, digərinə 1 ay cəza veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm