Nikolay Kovalov: "Ruslar Ukraynada terror törətməyib"
Bizi izləyin

Dünya

Nikolay Kovalov: "Ruslar Ukraynada terror törətməyib"

ATƏT Parlament Assambleyasının (PA) Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin toplantısında bu gün “Terrorizmə qarşı mübarizə barəsində əməkdaşlıq” adlı qətnaməsi müzakirəyə çıxarılıb.

ANS PRESS-inməlumatına görə, layihə Rusiya Federasiyası tərəfindən irəli sürülüb. Layihənin müəllifi Nikolay Kovalovdur. Rusiya nümayəndəsi çıxış edərək qeyd edib ki, burada iştirakçı dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi çox önəmlidir. Bu sənəd antiterrorizmə qarşı mübarizəni dəstəkləyə bilər.

Kanada nümayəndəsi çıxış edərək deyib ki, Kanada hər zaman azad və sərbəst ölkələri dəstəkləyəcək. Latviyadan olan Limtz isə vurğulayıb ki, bu qətnamənin 11-12-ci bəndlərində Ukraynaya qarşı fikirlər var, əgər qəbul olunarsa, mən bunun əleyhinə səs verəcəm.

Erməni nümayəndəsi isə bildirib ki, bu, çox qanunauyğun bir sənəddir. Bu qətnaməni elə bir ölkə təklif edib ki, terrorizmə görə minlərlə qurban verib. Hazırda Rusiyada 1 milyon erməni yaşayır. Bu qətnamənin müəllifi çox böyük cəsarətlə radikalizmə və terrorizmə qarşı mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm