Dünya
ATƏT-dən Rusiyaya zərbə
ATƏT Parlament Assambleyasının (PA)
Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində iyulun 1-də
PA-nın plenar iclasında Rusiyanın Helsinki prinsiplərini pozması
ilə bağlı qətnamə layihəsi müzakirəyə
çıxarılıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın ATƏT PA-dakı
nümayəndə heyəti rəhbərinin müavini Bencamin Kardinin müəllifi
olduğu "Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin
açıq, kobud və ədalətsiz şəkildə pozulması" adlı qətnamə layihəsi
ciddi müzakirələrə səbəb olub.
Layihədə Rusiyanın Ukraynaya münasibətdə Helsinki
prinsiplərini, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və
suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir.
Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə
olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın
ərazi bütövlüyünü dəstəkləmək istənilir.
Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il
martın 16-da Krımda keçirilən referendum qeyri-legitim,
qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv
dövlətlər Rusiyanın Krımı zorla ilhaq etməsini tanımamağa
çağırılır. Eyni zamanda, Rusiya Ukraynaya müdaxiləni dayandırmağa
çağırılır.
Sənəddə ATƏT-in böhranın aradan qaldırılması
yönündə səyləri dəstəklənir, ATƏT-in Krım da daxil olmaqla, bütün
Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin
dəstəklənməsi istənilir.
Müzakirələrdə qeyd edilib ki, bu müzakirələr
Ukraynaya sülh və sabitlik gətirəcək. Vurğulanıb ki, Helsinki
prinsipləri pozulduqda ciddi tədbirlər görülməlidir. Krımın
Ukraynadan ayrılmasını pislənib və Ukraynanın ərazi bütövlüyünün
bərpa edilməsi üçün ciddi tədbirlərin görülməsinin vacibliyi
vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə Ukraynaya dəstək
göstərilməlidir. Bildirilib ki, Ukraynada olan böhran bütün
Avroatlantik məkanda vəziyyəti dəyişib. Bu böhran silah gücü ilə
yaradılıb və digər ölkələrə də təsir edib. İlk növbədə, böhranın
genişlənməsinin qarşısının alınmasının vacibliyi qeyd olunub.
Bildirilib ki, Rusiyanın Ukrayna ilə bağlı apardığı siyasət ATƏT-in
prinsiplərinə tamamilə ziddir.
Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri
Aleksey Puşkov isə qətnamə layihəsinə etiraz edərək, Ukrayna
probleminin Rusiya ilə bağlı olmadığını vurğulayıb. O bildirib ki,
bu böhran başqa səbəblərdən yaranıb.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyət ölkənin
şərq regionlarında əhaliyə federallaşma və Ukraynanın federasiyaya
çevrilməsi ilə bağlı referendum keçirməyə şərait yaratmaqdan imtina
edilməsi ilə bağlıdır.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO